Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir

Hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə "Marja" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.

Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 manat müəyyən edilib.

16.10.2025 15:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18