Devalvasiya təhlükəsi uzaqlaşır - profisit 2 dəfədən çox artıb
Azərbaycanın 2017-ci ilin II rübündə tədiyyə balansı 966 milyon ABŞ dolları həcmində profisitlə tamamlanıb.
İlk rübdə bu profisit 464 milyon dollara bərabər olub. Nəticədə, II rübdə tədiyyə balansında yaranan profisit rüblük müqayisədə 2,1 dəfə artıb.
Qeyd edək ki, yarımillik profisit isə 1 milyard 430 milyon dollara yüksəlib.
KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ
Xatırladaq ki, 2014-cü ilin son rübündən etibarən Azərbaycanın tədiyyə balansı kəsirlə tamamlanmağa başlayıb və bu durum 2016-cı ilin ilk rübünə qədər davam edib.
Ötən ilin II rübündə stabilləşmə bərpa olunub və tədiyyə balansı 18 milyon dollar həcminə profisitlə yekunlaşıb. Həmin ilin III rübündə profisit 62 milyon dollar, IV rübdə 651 milyon dollar təşkil edib.
MAL İDXALI 18 FAİZ ARTIB, İXRAC İSƏ DƏYİŞMƏYİB
Cari ilin II rübündə Azərbaycana idxal olunan malların dəyəri 299 milyon dollar və ya 17,9% artaraq 1 milyard 965 milyon dollar təşkil edib.
Hesabata görə, Azərbaycan ilk rübdə 1 milyard 666 milyon dollarlıq mal idxal edib.
Bu ilin II rübündə qeyri-neft sektoru üzrə mal idxalı isə 314 milyon dollar və ya 22,6% artaraq 1 milyard 706 milyon dollar təşkil edib. İlk rübdə bu göstərici 1 milyard 392 milyon dollar olub.
Azərbaycan II rübdə 3 mlyard 555 milyon dollarlıq mal ixrac edib. İlk rüblə müqayisədə ciddi dəyişiklik olmayıb. Belə ki, Azərbaycan ilk rübdə 3 milyard 556 milyon dollarlıq mal ixrac edib. Azərbaycanın qeyri-neft sektorunun ixracı II rübdə ilk rüblə müqayisədə 204 milyon dollar və ya 80,3% artaraq 459 milyon dollara çatıb.
İxracın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 12,9%-ə yüksəlib. İlk rübdə bu göstərici 7,1% təşkil edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
-
42 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























