Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub - Qeyri-neft sektoru ixracı ilə bağlı yeni rəqəmlər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.
Marja xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz 143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları 45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞ dolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%, alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dolları və ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1 min ABŞ dolları və ya 1% artıb.
2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2% artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (134,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (27.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (17.1 milyon ABŞ dolları) ikinci, meşə fındığı (12,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon ABŞ dolları, Türkiyəyə 435,8 milyon ABŞ dolları, İsveçrəyə 247,8 milyon ABŞ dolları, Gürcüstana 244,8 milyon ABŞ dolları, Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon ABŞ dolları, Türkiyəyə 41,1 milyon ABŞ dolları, Gürcüstana 28,4 milyon ABŞ dolları, İsveçrəyə 27,7 milyon ABŞ dolları, Ukraynaya isə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
10 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur





























