Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
(®) Birbank Yeni il lotereyası ilə müştərilərinə Sea Breeze-də mənzil və minlərlə hədiyyə qazanmaq fürsəti yaradır. Belə ki, indi Birbank debet, Birbank taksit və Birbank Star kartı ilə edilən ödənişlər Yeni il lotereyasında öz sahiblərinə şans gətirir. Lotereya 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri ərzində edilən bütün ödənişlərə şamil edilir.
10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər “iPhone 17 Pro”, 20 nəfər “Apple Watch SE2”, 40 nəfər “AirPods Pro”, 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaqlar. Lotereyanın super-prizi Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzilə isə yalnız 1 nəfər sahib olacaq.
Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini Birbank mobil tətbiqində “Yeni il lotereyası” bölməsində izləyə bilərlər. Daha çox ödəniş daha çox şans deməkdir. Birbanklılar mobil tətbiq daxilində tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsinə daxil olaraq “Yeni il lotereyası”na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış veriş isə biletlərin sayını 10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.
Ətraflı məlumat üçün: https://www.kapitalbank.az/news/yeni-il-lotereyasi
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
5 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
5 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
5 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar








.jpg)






.jpg)



