Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
ABŞ Prezidenti Donald Tramp, yeni Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağını bildirib.
Marja xəbər verir ki, Tramp, 2026-cı ilin əvvəlində FED-in rəhbərliyinə gətiriləcək şəxsin adını açıqlayacağını deyib və bu açıqlama, ABŞ Mərkəzi Bankının növbəti lideri barədə ehtimalları daha da artırıb.
Çərşənbə axşamı Ağ Evdə keçirilən iclasda Tramp bildirib: “Fed sədrini yəqin ki, gələn ilin əvvəlində açıqlayacağıq.”
Trampın bu sözləri, qərarın nə zaman elan ediləcəyinə dair daha dəqiq zaman çərçivəsi təqdim edir. Seçim prosesinə rəhbərlik edən ABŞ Maliyyə Naziri Skott Bessent daha əvvəl qərarın Milad ərəfəsində açıqlana biləcəyini demişdi.
Tramp aylardır FED-ə faiz dərəcələrini endirməsi üçün təzyiq göstərir. May ayında səlahiyyət müddəti başa çatacaq Jerom Pauellin yerinə keçəcək şəxsi müəyyənləşdirmək, Trampa qurumu yenidən formalaşdırmaq üçün indiyə qədərki ən böyük imkanı verəcək.
Tramp, Pauelli faiz endirimlərində çox yavaş və ehtiyatlı davrandığına görə tənqid edir. Prezident, Pauelldən sonra gələcək şəxsin faizləri endirməkdə daha qətiyyətli addımlar atmasını gözlədiyini bildirib.
Məsələyə yaxın mənbələr keçən həftə Bloomberg News-a açıqlamalarında, Ağ Evin Milli İqtisadi Şura Direktoru Kevin Hassett-in Pauellin yerinə əsas namizəd kimi görüldüyünü demişdilər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















