Azərbaycanın spirtli və spirtsiz içkilər istehsalçısı maliyyə vəziyyətini açıqladı
Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan "A+CO" ASC 2024-cü ili 1 milyon 411 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2023-cü ili 1 milyon 889 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "A+CO" ASC şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 478 min manat və ya 25,3% azalıb.
Marja.az xəbər verir ki, "A+CO" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 54 milyon 448 min manat ikən, 2024-cü ildə 52 milyon 815 min manata düşüb (1 milyon 633 min manat və ya 3,1% azalıb).
2025-ci ilin ilk 6 ayında (yanvar-iyun) "A+CO" ASC-nin satışdan gəlirləri 26 milyon 797 min manat, xalis mənfəəti 706 min manat təşkil edib.
30 İyun 2025-ci il tarixində "A+CO" 97 milyon 332 min manat cəmi aktivlərə malik olub. Şirkət 2024-cü ilin sonunda 97 milyon 451 min manat cəmi aktivlər malik idi.
"A+CO" şirkətinin işçilərinin sayı 2025-ci ilin 1-ci rübündə 20 nəfər, 2-ci rübündə isə 26 nəfər azalaraq 826 nəfərə düşüb. İlin əvvəlində şirkətdə 872 nəfər çalışırdı. 2024-cü ildə Şirkətin işçilərinin sayı 262 nəfər artaraq 610 nəfərdən 872 nəfərə yüksəlmişdi.
"A+CO" ASC-nin istehsal sahəsi Abşeron rayonu, Xırdalan şəhərində yerləşir.
Qeyd edək ki, "A+CO" ASC-nin 200 min manat olan nizamnamə kapitalının 100%-i Nəbiyev Elburus Ənvər oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





