Azərbaycanda İlk Özəl Sənaye Məhəlləsi təsis edildi
Biznes Park istehsal, emal və anbar əməliyyatlarının maksimum səmərəli və sürətlə həyata keçirilməsinə imkan verir. Sahibkarlar Özəl Sənaye Məhəlləsinin rezidenti olmaq üçün “Biznes Park Abşeron”a müraciət edə bilərlər.İqtisadiyyat Nazirliyi "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsini dövlət qeydiyyatına alıb.
Abşeron Logistika Mərkəzinin layihəsi olan "Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin yaradılma məqsədi ölkədə sənaye ekosistemini gücləndirmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühiti təqdim etməkdir.
Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Biznes Park istehsal, emal və anbar əməliyyatlarının maksimum səmərəli və sürətlə həyata keçirilməsinə imkan verir.
Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlar aşağıdakı imtiyazlardan faydalana bilərlər:
• İstehsal texnologiyasını qısa zamanda hazır infrastrukturda yerləşdirmək;
• Gömrük rejimlərindən effektiv şəkildə istifadə etmək;
• Özəl Sənaye Məhəlləsində rezidentlik şəhadətnaməsi əldə etməklə, İnvestisiya Təşviqi Sənədi üzrə aşağıdakı güzəştlərdən yararlanmaq:
- mənfəət vergisinin 50%-i həcmində güzəşt,
- istehsal üçün gətiriləcək avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV-dən 100% azadolma;
• Abşeron Logistika Mərkəzinin logistik xidmətlərindən faydalanmaq.
“Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin rezidenti olmaq üçün əlaqə:
+994 50 555 52 52
+994 12 404 76 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb







.jpg)






.jpg)





