Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində Slovakiya Prezidenti və Baş naziri ilə görüşlərdə əldə olunan razılığa uyğun olaraq, “AZCON Holding”ə daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.
AZAL-dan bildirilib ki, görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri müzakirə edilib.
Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarının Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.
Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır. İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində reyslərin icrası nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” QSC və "Wizz Air" aviaşirkəti yeni marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək. Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
17 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
19 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
22 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
24 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 43 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

























