Azərbaycana 600 mln. dollardan çox gəlir gətirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" Neft Emalı Zavodu istifadəyə verildikdən sonra bu, ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 600 mln. dollardan çox gəlir gətirəcək.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Neftçilər günü" münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə 800 mln. dollardan çox gəlir gətirəcək: "Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyədəki ən böyük aktivimiz olan "Petkim" neft-kimya komleksini xammal - yüngül və ağır nafta ilə təmin edəcək".
Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, "Azeri Light” və Kərkük neft növləri emal ediləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























