970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Suriyada yeni pul vahidi dövrü başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Suriyada yeni pul vahidi dövrü başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya yeni Suriya pul vahidinin dövriyyəyə buraxılacağını açıqlayıb.

Marja xəbər verir ki, yeni pul vahidi ilə bağlı detalların 28 dekabr 2025-ci il tarixində paylaşılması gözlənilir.

Hasriya sosial media hesabında etdiyi paylaşımda, yeni pul vahidinin tədavülə buraxılmasına dair 2025-ci il tarixli və 293 saylı fərmanın dərc edildiyini elan edib.

Yeni pul vahidinin Suriyada iqtisadi və monetar sahədə yeni bir dövrün başlanğıcını simvolizə edən mühüm milli dönüş nöqtəsi olduğunu qeyd edən Hasriya, prosesin ölkə iqtisadiyyatı baxımından əhəmiyyətinə diqqət çəkib.

Mərkəzi Bankın sədri Hasriya mövzu ilə bağlı aşağıdakı fikirləri səsləndirib:

“Yeni Suriya pul vahidi azadlıqdan sonrakı maliyyə suverenliyimizin bir rəmzini təmsil edir və Suriya Mərkəzi Bankının rəhbərliyi altında, hamının əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcına işarə edir. Bu, azadlıqdan bəri əldə olunan nailiyyətlərə əlavə olunan milli bir uğur olacaq, sabitliyə və iqtisadi dirçəlişə doğru atılmış möhkəm bir addım sayılacaq.”

Hasriya yeni pul vahidi ilə bağlı detalların 28 dekabr tarixində keçiriləcək iclasda ictimaiyyətə açıqlanacağını da bildirib.

26.12.2025 09:09

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18