Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
30 dekabr 2025-ci il, Bakı: Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.
Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.
Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi (və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili) zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan biri də maliyyə xidmətləridir.
2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir. Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.
Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.
Hesabatla ətraflı tanış olmaq üçün müvafiq keçidə daxil olmaq mümkündür:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır











.jpg)














