"Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın inşası da var"
"Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür".
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident "Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var" deyərək suala cavabına belə davam edib:
"Ötən il üçün rəqəmləri hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni konsepsiyası üzərində artıq işləyirik.
Bütün bunlar və öncədən qeyd etdiyim kimi, müharibənin bitməsi meyarı tamamilə yeni vəziyyət yaradır. Bu yük çiyinlərimizdən götürülüb. Bu yükü biz 30 ildən artıq daşımışıq. Beynəlxalq münasibətlər, biznes, səyahət və turizm baxımından bu, tamamilə yeni vəziyyətdir. Beləliklə, mən böyük perspektivlər görürəm. Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq. Bəlkə də bir şey söyləmək vaxtından əvvəl olardı. Lakin istirahət məqsədilə turizm artıq mövcuddur: Naftalan, Qalaaltı və ya Duzdağ və bir çox digər yerlər var. Lakin səhiyyə turizminə də nail olmaq mümkündür. Planlar çoxdur. Ümid edirik ki, onların hamısı həyata keçiriləcə.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























