Kredit Həyat Sığortası kimlər üçündür? – MÜSAHİBƏ
Kredit Həyat Sığortası kredit götürən və kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur. İstehlak krediti götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu həyat sığortası tərəfindən ödənilir. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan kredit borcunuza görə məsuliyyət daşımaqdan azad edir.
Qeyd edək ki, bu məhsul müştərilərə könüllü qaydada təklif olunur. Son zamanlar ölkədə həyat sığortasına maraq artıb. Bu səbəblə, Kredit Həyat Sığortası ilə bağlı suallarımızı "PAŞA Həyat Sığorta" şirkətinin əməkdaşı Cəlil Əliyev cavablandırır.
- Cəlil bəy, Kredit Həyat Sığortası nədir və nələrə təminat verir?
- Kredit həyat sığortası – kredit götürən şəxsin həyatını sığortalayan məhsuldur. Əgər kredit müddətində sığortalı şəxs vəfat edərsə və ya əlillik halı baş verərsə, onun banka olan qalıq kredit borcu sığorta şirkəti tərəfindən ödənilir. Məqsəd, ailənin və ya yaxınların bu borc yükünü miras olaraq almamasıdır.
Azərbaycanda kredit həyat sığortası bazarının hazırkı vəziyyəti necədir?
- 2024-cü ildə Mərkəzi Bank tərəfindən bu məhsulla bağlı qaydalarda edilən dəyişikliklər kredit həyat sığortasını müştərilər üçün daha da əlçatan və maraqlı etdi. Artıq hər gün daha çox insan kredit götürərkən eyni zamanda öz həyatını və sağlamlığını da sığortalayır.
Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün banklardan kredit götürən zaman və ya əvvəl götürülmüş kreditlər üzrə bu sığortanı əldə etmək mümkündür. Bu praktika uzun illərdir ipoteka kreditlərində tətbiq edilirdi, indi isə istehlak kreditləri üzrə də geniş yayılmaqdadır.
Biz, PAŞA Həyat olaraq son 3 il ərzində vəfat etmiş və ya əlillik halı yaranmış müştərilərimizin 3 milyon manatdan çox ipoteka krediti borcunu ödəyərək, həm müştərilərimizin, həm də onların ailələrinin yanında olmuşuq.
Cəmiyyətdə bu sığorta ilə bağlı bəzi suallar yaranır. Onlara maraqlıdır ki, bu məhsul müştərini krediti ödəməmə halından sığortalayır ya kredit götürənin həyatı sığorta olunur?
- Bu məhsul krediti ödəyə bilməmək halını deyil, yalnız həyatla bağlı ciddi hadisələri – yəni vəfat və əlillik hallarını əhatə edir. Əgər bu hallardan biri baş verərsə, qalan borc sığorta şirkəti tərəfindən ödənilir. Borcun müvəqqəti olaraq ödənilməməsi, işsiz qalmaq və ya digər hallar bu sığorta növünün təminatına daxil deyil.
Ümumilikdə bu proses necə baş verir? Müştəri nə qədər sığorta haqqı ödəyir?
- Sığorta haqqı kredit məbləğindən və müştərinin yaşından asılı olaraq hesablanır. Amma bu məbləğ, ümumilikdə, çox sərfəlidir. Məsələn, 30 yaşlı bir şəxs üçün 10 000 AZN kredit üzrə sığorta haqqı təxminən 20 AZN civarında olur. Bu, həm maliyyə, həm də psixoloji baxımdan böyük rahatlıq deməkdir.
- Cəlil bəy, bəs kredit həyat sığortasını kimlər əldə edə bilər?
- Bu sığortanı müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, 18–65 yaş aralığında olan bütün fiziki şəxslər əldə edə bilər.
- Kredit götürən şəxs vəfat edərsə, onun kreditini kim ödəməlidir?
- Əgər kredit həyat sığortası varsa – borc sığorta şirkəti tərəfindən ödənilir. Əgər bu sığorta yoxdursa – borc varislərə keçir, yəni ailə üzvləri krediti ödəməklə məsuliyyət daşıyır. Bu isə ailənin gözlənilməz şəkildə maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər.
- Sığorta haqqının təyinində müştərinin yaşı, sağlamlıq vəziyyəti və digər fərdi xüsusiyyətlər necə nəzərə alınır?
Yaş, kredit məbləği, kredit müddəti kimi məlumatlar əsas götürülür. Amma bu proses çox sadədir – əlavə tibbi sənəd və ya mürəkkəb prosedur tələb olunmur. Müştəri üçün rahat və vaxt aparmayan bir şəkildə həyata keçirilir.
- Sığorta hadisəsi baş verəndə hansı prosedurlar həyata keçirilir?
Əgər sığortalı şəxs vəfat edərsə və ya əlillik halı yaranarsa, bu barədə sığorta şirkətinə məlumat verilir. PAŞA Həyat-a ölüm və ya əlillik faktını sübut edən sənədi təqdim olunur. Sənədlər təqdim edildikdən sonra çox qısa müddətdə ödəniş həyata keçirilir. Proses tam şəffaf və sadələşdirilmiş şəkildə qurulub ki, ailələr əlavə vaxt və stress sərf etmədən dəstək ala bilsinlər.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























