970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür".

Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Reklam_3_11

İş elanları AzVak.az-da

Prezident əlavə edib ki. planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var:

"Ötən il üçün rəqəmləri hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni konsepsiyası üzərində artıq işləyirik".

İlham əliyev qeyd edib ki, biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik:

"Bütün bunlar və öncədən qeyd etdiyim kimi, müharibənin bitməsi meyarı tamamilə yeni vəziyyət yaradır. Bu yük çiyinlərimizdən götürülüb. Bu yükü biz 30 ildən artıq daşımışıq. Beynəlxalq münasibətlər, biznes, səyahət və turizm baxımından bu, tamamilə yeni vəziyyətdir. Beləliklə, mən böyük perspektivlər görürəm. Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq. Bəlkə də bir şey söyləmək vaxtından əvvəl olardı. Lakin istirahət məqsədilə turizm artıq mövcuddur: Naftalan, Qalaaltı və ya Duzdağ və bir çox digər yerlər var. Lakin səhiyyə turizminə də nail olmaq mümkündür. Planlar çoxdur. Ümid edirik ki, onların hamısı həyata keçiriləcək".

06.01.2026 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18