AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
Uçuş coğrafiyasının genişləndirilməsi və görülən digər işlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) maliyyə göstəricilərinə müsbət göstərib. AZAL 2024-cü ili 216 milyon 666 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 116 milyon 598 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, AZAL-ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 100 milyon 68 min manat və ya 85,8% artıb. Əməliyyat icarəsi üzrə gəlirlərin, sair gəlirlərin, maliyyə gəlirlərinin (faiz gəlirlərinin) artması və maliyyə xərclərinin kəskin azalması hesabına dövlət şirkətinin xalis mənfəətində artım baş verib.
Marja.az xəbər verir ki, AZAL-ın daşımalar və digər xidmətlər üzrə gəlirləri 2023-cü ildə 1 milyard 467 milyon 143 min manat ikən, 2024-cü ildə 1 milyard 954 milyon 533 min manat təşkil edib (487 min 390 manat manat və ya 33,2% artıb).
2024-cü ildə həmçinin AZAL əməliyyat icarəsi üzrə 17 milyon 860 min manat, maliyyə gəlirləri üzrə 9 milyon 515 min manat, sair gəlirlər üzrə 24 milyon 240 min manat gəlir əldə edib, dövlətdən 22 milyon 400 min manat subsidiya alıb.
AZAL-ın əməliyyat xərcləri 2023-cü ildə 1 milyard 187 milyon 312 min manat ikən, 2024-cü ildə 1 milyard 689 milyon 800 min manata yüksəlib (502 milyon 488 min manat və ya 42,3% artıb). Başqa sözlə, əməliyyat xərclərindəki artım, daşımalar və digər xidmətlər üzrə gəlirlərdəki artımı üstələyib.
2024-cü ildə AZAL-ın cəmi gəlirləri 2 milyard 28 milyon 548 min manat (2023-cü ildə 1 milyard 505 milyon 61 min), cəmi xərcləri 1 milyard 811 milyon 882 min manat (2023-cü ildə 1 milyard 388 milyon 463 min manat), cəmi gəlirlər cəmi xərcləri üstələdiyi üçün xalis mənfəəti 216 milyon 666 min manat təşkil edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Şirkət dövlət konserni kimi 17 avqust 1992-ci ildə təsis edilmişdir və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmışdır. 2008-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Şirkət Qapalı Səhmdar Cəmiyyəti kimi yenidən təşkil edilmişdir. Şirkət Azərbaycan Respublikasının Milli aviadaşıyıcısı kimi müəyyən edilmişdir. 31 dekabr 2024 və 2023-cü il tarixlərinə Şirkətin yeganə mülkiyyətçisi Azərbaycan dövlətidir. 2021-ci ilin fevral ayında Şirkətin idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Maliyyə Nazirliyindən tamamilə dövlət mülkiyyətində olan Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. 2024-cü ilin noyabr ayında Şirkətin idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Investisiya Holdinqindən (AİH) tamamilə dövlət mülkiyyətində olan Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) ötürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























