Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nestle şirkəti üzr istədi

Nestle körpə qidasının geri çağırılması qərarı ilə bağlı üzr istədi: “Bu vəziyyətin valideynlərə, baxıcılara və müştərilərimizə yaratdığı narahatlıq və diskomforta görə səmimi şəkildə üzr istəyirik”.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nestle şirkəti üzr istədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi ofisi İsveçrədə yerləşən Nestle şirkətinin baş icraçı direktoru Philipp Navratil, təxminən 60 ölkədə körpə qidasının geri çağırılması qərarı ilə bağlı üzr istəyib.

Marja xəbər verir ki, Nestle-nin bəzi körpə qidası məhsullarını “qida zəhərlənməsinə səbəb ola biləcək toksin tərkibinə malik ola biləcəyi” narahatlığı ilə təxminən 60 ölkədə geri çağırmasından sonra Navratil yayımladığı video müraciətdə, “Bu vəziyyətin valideynlərə, baxıcılara və müştərilərimizə yaratdığı narahatlıq və diskomforta görə səmimi şəkildə üzr istəyirik”, – deyə bildirib.

Reklam_3_11

Körpə qidaları ilə bağlı bütün geri çağırmaların elan edildiyini qeyd edən Philipp Navratil, indiyədək təsirlənmiş məhsullarla əlaqəli heç bir xəstəlik halının təsdiqlənmədiyini vurğulayıb.

Navratil, 2025-ci ilin dekabrında şirkətin Niderlanddakı zavodlarından birində keyfiyyət problemi aşkar edildiyini və həmin zavoddan göndərilən məhsulların satıldığı bir neçə Avropa ölkəsində ehtiyat tədbiri olaraq geri çağırma prosesinə başlanıldığını da bildirib.

Nestle bu ayın əvvəlində səlahiyyətli qurumlarla koordinasiyalı şəkildə, təsirlənmiş bütün ölkələrdə məhsulların “tədbir məqsədilə” geri çağırıldığını açıqlamışdı.

Geri çağırma prosesləri bu məhsullar üçün hüquqi baxımdan məcburi prosedurlara uyğun olaraq hər ölkədə mərhələli şəkildə elan edilib.

Nestle-nin rəsmi internet saytında yer alan məlumata görə, məhsullar Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya və İsveçrə daxil olmaqla təxminən 60 ölkədə geri çağırılıb.

Çirkləndiyi ehtimal olunan məhsullar arasında tanınmış Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi məhsullar da yer alır.

KitKat və Nescafe markalarının da istehsalçısı olan Nestle, körpə qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb.

Dünya üzrə satışda olan bu məhsulların körpələrə verilməsinin təhlükəsiz olmadığı qeyd edilən xəbərdarlıqlarda, məhsulların tərkibində qəbul edildikdə körpələrdə qusma və ishala səbəb ola bilən toksin (cereulide) ola biləcəyi bildirilib.

Nestle körpə qidası geri çağırılması Philipp Navratil Nestle baş icraçı direktoru üzr istədi qida təhlükəsizliyi körpə qidası riski toksin xəbərdarlığı cereulide toksini qida zəhərlənməsi riski Beba körpə qidası Alfamino Nestle məhsulları Avropa ölkələri Türkiyə Almaniya Böyük Britaniya Avstriya İsveçrə Niderland zavodu keyfiyyət problemi sağlamlıq xəbərdarlığı qusma və ishal riski istehlakçı təhlükəsizliyi qlobal geri çağırma Nestle xəbərləri beynəlxalq şirkətlər qida sənayesi Marja xəbər
14.01.2026 14:21

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18