Pul menecerləri dolların bahalaşacağını gözləyir - 5%
Dollar, Vaşinqtondakı siyasi gərginliklər və indiyədək mərkəzi bankın (Fed) siyasətindəki dəyişikliklərin təsiri ilə on ildən bu yana ən pis ucuzlaşmasını edib.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, indi isə bütövlükdə 3 trilyon dolların idarə edilməsindən məsul olan pul menecerləri bundan sonra Dolların bahalaşa biləcəyini qeyd edirlər.
"Mellon Capital Management Corp", "State Street Global Advisors" və "UBS Asset Management" Dolların 2017-ci ildə 9% ucuzlaşmasının bir qisminin geri alacağını düşünür. Buna səbəb, treyderlərin, Fed-in bu ilin Dekabr ayında faiz artıracağına daha çox ehtimal vermələridir. Treyderlər bir neçə həftə əvvələ qədər buna az ehtimal verirdilər.
Fed-in Dekabr ayında faiz artıracağına dair ehtimal, dünən Bankın bu il bir daha faiz artıracağını bəyan etməsilə güclənib. Dollar, sözügedən açıqlama ilə bahalaşıb.
Bəzi pul menecerlərinə görə, dollar, 2007-ci ildən bəri görülən ən uzun ucuzlaşma müddətinin (6 ay) ardından bahalaşacaq.
"5% BAHALAŞA BİLƏR"
"State Street Global"ın Valyuta departamentinin rəhbəri Len Crownover, "Dolların bahalaşacağını hesab edirik" deyib. Təxminən 2.6 trilyon dolları idarə edən "Crownover"a görə, Avropa ilə müqayisədə ABŞ-da sərt pul siyasətinə keçiləcəyi daha böyük bir ehtimaldır. Bu da dolları il sonuna qədər 5% yüksəldə bilər.
"Mellon Capital"dan Sinead Colton, "Valyuta səbəti qarşısında dollara müsbət baxmağa davam edəcəyik. Fed-in balansını azaltması pul siyasətinin sərtləşdirilməsi deməkdir. Bu da Dolların bahalaşmasını təkan verəcək" deyib.
"UBS Asset Management"dən Conatan Devis, bazarın ABŞ Dollarına qarşı həddən artıq pessimist düşündüyünü bildirib. O qeyd edib ki, pul siyasətinin mülayim sərtləşdirilməsi qarşıdakı altı ayda dolları bir qədər bahalaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
















.jpg)





