Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının həddindən artıq dəyər itirdiyini düşünmədiyini və dolların “əla vəziyyətdə” olduğunu bəyan edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların “əla vəziyyətdə” olduğunu bildirib.

Marja.az xəbər verirk i, Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.

Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.

Tramp, “Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir”, – deyə qeyd edib.

Çin və Yaponiyanın valyutalarını devalvasiya etmək istədiklərini xatırladan Tramp, bu səbəbdən keçmişdə həmin ölkələrlə ciddi mübarizə apardığını bildirib. O vurğulayıb ki, bu, ədalətli deyil, çünki onlar valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.

Tramp qeyd edib ki, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bunun ədalətli proses olduğunu bildirib.

ABŞ Prezidenti, “(Dolları) yo-yo kimi (klassik oyuncaq - red) yuxarı və ya aşağı hərəkət etdirə bilərdim”, – deyə əlavə edib.

Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.

Beynəlxalq bazarlarda avro/dollar məzənnəsi isə 1,20 səviyyəsinə yüksələrək 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.

Donald Tramp ABŞ Prezidenti ABŞ dolları dolların dəyəri dolların ucuzlaşması Tramp açıqlaması Ayova ştatı jurnalistlərə açıqlama dollar əla vəziyyətdə valyuta siyasəti Çin valyutası Yaponiya yeni devalvasiya valyuta rəqabəti ədalətsiz rəqabət dolların real səviyyəsi valyuta bazarları dollar indeksi dollar indeksi 95 6 son 4 ilin minimumu avro dollar məzənnəsi EUR/USD 1 20 avronun bahalaşması 2021-ci ildən bəri rekord İsveçrə frankı Kanada dolları Britaniya funtu İsveç kronu beynəlxalq valyuta bazarları qlobal maliyyə bazarları
28.01.2026 08:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18