Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

FED faiz qərarını açıqladı - TRAMPIN İSTƏDİYİNİ ETMƏDİ

ABŞ Mərkəzi Bankı (FED) yanvar ayı iclasında gözləntilərə uyğun olaraq uçot (siyasət) faiz dərəcəsini 3,50–3,75 faiz aralığında dəyişməz saxlayıb. Bankın faizlərini dəyişməz saxlayacağı da gözlənilirdi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
FED faiz qərarını açıqladı - TRAMPIN İSTƏDİYİNİ ETMƏDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ilin ilk faiz qərarını açıqladı.

Marja.az xəbər verir ki, FED faizlərini mövcud səviyyədə, yəni 3,50%–3,75% intervalında sabit saxlayıb. Proqnoz da FED-in faizlərini sabit saxlayacağı istiqamətində idi.

FED-in qərarı qiymət sabitliyi və maksimum məşğulluq hədəfləri, eləcə də iqtisadi göstəricilər əsasında formalaşıb.

FED sonuncu dəfə 10 dekabrda faiz intervalını 25 baza bəndi (0.25 faiz bəndi) endirmişdi. Hazırda FED-in siyasət faizi 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədədir.

Bakı vaxtı ilə saat 23:30-da isə FED sədri Ceron Pauelin mətbuat konfransı başlayacaq. Analitiklər FED sədri Jerome Powell-in qərardan sonra verəcəyi açıqlamalar qiymətlər üçün çox vacib olacağını bildirir və bu kontekstdə bazar dəyişkənliyinin arta biləcəyi barədə xəbərdarlıq ediblər.

ABŞ Prezident FED-dən faizləri kəskin şəkildə endirməsini dəfələrlə tələb edib. Donald Tramp bildirib ki, Fed faizləri yavaş azaldıb və monetar şəraiti yumşaltmaqda gecikib. Trampın FED sədri Jerome Powell-ə yönələn təzyiqləri Mərkəzi Bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb, bu da ABŞ istiqrazları və dolların satışa çıxarılmasına səbəb olub. Mövcud FED  sədri Jerome Powell-in müddəti may ayında başa çatır və Tramp yaxın aylarda Powell-in yerinə namizədi elan etməyi planlaşdırır. Yeni sədrin Trampın istəyilə faizləri azaldacağı gözlənilir. 

Tramp Çin və Yaponiya ilə mübarizə apardığını, çünki onların valyutalarını devalvasiya etmək istədiklərini bildirib və əlavə edib ki, bu, ədalətsizdir və valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.

İş elanları AzVak.az-da

Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların “əla vəziyyətdə” olduğunu bildirib.

Marja.az xəbər verirk i, Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.

Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.

Tramp, “Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir”, – deyə qeyd edib.

Çin və Yaponiyanın valyutalarını devalvasiya etmək istədiklərini xatırladan Tramp, bu səbəbdən keçmişdə həmin ölkələrlə ciddi mübarizə apardığını bildirib. O vurğulayıb ki, bu, ədalətli deyil, çünki onlar valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.

Tramp qeyd edib ki, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bunun ədalətli proses olduğunu bildirib.

ABŞ Prezidenti, “(Dolları) yo-yo kimi (klassik oyuncaq - red) yuxarı və ya aşağı hərəkət etdirə bilərdim”, – deyə əlavə edib.

Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.

Beynəlxalq bazarlarda avro/dollar məzənnəsi isə 1,20 səviyyəsinə yüksələrək 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.

FED faiz qərarı 2026 ABŞ Mərkəzi Bankı FED FED faiz dərəcəsi 3.50–3.75 FED faizləri sabit saxladı Jerome Powell mətbuat konfransı FED monetar siyasət ABŞ iqtisadi göstəriciləri maksimum məşğulluq və qiymət sabitliyi FED 25 baza bəndi endirimi ABŞ siyasət faizi 2022-dən bəri ən aşağı səviyyə Donald Tramp FED tənqidi FED-in müstəqilliyi Tramp Powell təzyiqi yeni FED sədri gözləntiləri
28.01.2026 23:00

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18