Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı Metropoliteni" QSC və Çinin "Octopus Holdings Limited" şirkəti arasında ictimai nəqliyyatda differensial tarif siyasətini müzakirə edib.

Bu barədə "Bakı Metropoliteni" xəbər verir.

Məlumata görə, "Bakı Metropoliteni"nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə rəsmi səfər çərçivəsində Honq Konqda "Octopus Holdings Limited" şirkətində görüş keçirib. Görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak edib.

Bundan başqa, işgüzar müzakirələr zamanı "Octopus" sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, hazırda şirkət şəhər miqyasında ictimai nəqliyyat və gündəlik ödənişlər üçün əsas rəqəmsal ödəniş platforması olan "Octopus" sistemini inkişaf etdirib və idarə edir. Eyni zamanda, şirkətin Dubay, Amsterdam, Sinqapur, Oklend (Yeni Zelandiya), Konnektikut və Baffalo (Amerika Birləşmiş Ştatları) kimi aparıcı şəhər və regionlarda mövcud ödəniş sistemləri üçün texnoloji həllər və platforma xidmətləri təqdim etməklə beynəlxalq səviyyədə fəaliyyət göstərdiyi qeyd olunub.

Görüş çərçivəsində beynəlxalq təcrübə mübadiləsi aparılaraq ictimai nəqliyyatda differensial tarif siyasəti, sərnişin seqmentlərinə uyğun xüsusi yanaşmalar, həmçinin ödəniş sistemlərinin gələcək inkişaf istiqamətləri - mobil ödənişlər, açıq platformalar və şəhər miqyasında inteqrasiya olunmuş "ağıllı ödəniş" (smart payment) modelləri ətrafında fikir mübadiləsi aparılıb.

30.01.2026 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18