“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
“”AFB Bank”ın 2025-2029-cu illəri əhatə edən strateji baxışında brendin yenilənməsi və gücləndirilməsi də nəzərdə tutulur”.
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov bildirib.
Bankın sədri qeyd edib ki, “AFB Bank”ın rebrendinq edilməsinə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün araşdırmalara başlanılıb:
“Biz hazırda bazarı araşdırırq. Bir sıra bankların adında abreviaturadan istifadə edilir (sözlərin baş hərfləri ilə müxtəsər yazılışı - red), onlar haradsa bir-birini təkrarlayır və oxşarlıq hiss olunur. Bankın adı abreviatura şəkilində yazılan və səsləndirilən zaman bəzən mesaj qeyri-aydın, reklam xərcləri səmərəsinz ola bilər. Biz hazırda araşdırma aparırıq. Araşdırmanın nəticəsində “AFB Bank” adının rebrendinq edilməsinə ehtiyac olub-olmayacağını müəyyənləşdirəcəyik: Biz müştərilərə necə xitab etsək və ya müştərilər bizə necə xitab etsə daha məqsədəuyğun olar. Məndə olan dəqiq məlumata görə, bu araşdırmanı digər banklar da aparırlar. Biz bankımızın brendini də gücləndirmək istəyirik. Brendimizi elə gücləndirmək istəyirik ki, müştəri bankımızın adını eşidən zaman hansı seqmentlərdə daha öndə olduğumuzu təsəvvür etsin və xidmətlərimizdən yaralansın”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 d. əvvəl
-
-
24 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 40 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
Ən çox oxunanlar
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb














.jpg)






