Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
(®) AccessBank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Müştərilərinə daha sərfəli və əlçatan maliyyə imkanları təqdim etməyə davam edən AccessBank, 40 000 manatadək nağd kredit üzrə illik minimum faiz dərəcəsini artıq 10% əvəzinə, illik 9.5%-dən başlayan faiz dərəcəsi ilə təklif edir .
Yenilənmiş şərtlərə əsasən, nağd kredit üzrə minimum faiz dərəcəsi 9.5%, maksimum isə 24% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) 15%-dən başlayır və seçilən müddətə, kredit məbləğinə, eləcə də tətbiq olunan komissiyaya uyğun olaraq dəyişə bilər. Komissiya 0–3% aralığında müəyyən edilir, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.
Müştərilər daha rahat planlama üçün kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlərini əvvəlcədən hesablaya bilərlər. Eyni zamanda, onlayn kredit xidməti ilə banka gəlmədən müraciət etmək və vəsaiti vaxt itirmədən, daha sürətli və rahat şəkildə əldə etmək mümkündür.
AccessBank müştərilərinə gündəlik ehtiyaclara uyğun, etibarlı və sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 33 d. əvvəl
-
38 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
53 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir







.jpg)





.jpg)








