Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət

2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50%-i ixracın, 50%-i də idxalın payına düşüb. Həmçinin ötən il ixracı və idxalı artmış və azalmış məhsulların adları açıqlanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında geniş məlumat açıqlayıb.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 128 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 24 milyard 526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24 milyard 379,7 milyon dollarını (49,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 8,7 faiz azalmışdır.

2025-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 24,0 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10,0 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və Hindistan, 12,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Çin, 15,3 faizi Rusiya, 9,6 faizi Türkiyə, 6,1 faizi ABŞ, 5,3 faizi İsveçrə, 3,7 faizi Avstraliya, 3,4 faizi Almaniya, 3,3 faizi Birləşmiş Krallıq, 2,9 faizi Özbəkistan, 2,6 faizi İran, 2,4 faizi Qazaxıstan, 2,1 faizi İtaliya, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faizi Fransa, 0,9 faizi Hindistan, 11,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

İxracın 45,3 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,3 faizini Yunanıstana, 3,2 faizini Bolqarıstana, 3,0 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Xorvatiyaya, 2,5 faizini Rumıniyaya, 2,2 faizini Almaniyaya, 1,9 faizini İsveçrəyə, 1,7 faizini Portuqaliyaya, 1,4 faizini Birləşmiş Krallığa, 1,2 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynaya, 0,8 faizini Niderlanda, 0,7 faizini Hindistana, 0,6 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstana, 4,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,5 faiz), Gürcüstana (9,6 faiz), İsveçrəyə (9,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,2 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,7 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları – 0,3 faiz, mal əti – 12,9 faiz, təzə tərəvəz – 29,0 faiz, siqaretlər – 3,0 dəfə, minik avtomobilləri – 38,1 faiz, avtobuslar – 2,2 dəfə, mineral gübrələr – 6,8 faiz, polietilen – 20,7 faiz, məişət kondisionerləri – 10,3 faiz, polipropilen – 3,1 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 10,3 faiz artmış, buğda idxalı isə 1,9 faiz, bitki yağları – 18,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,9 faiz, təzə meyvə – 13,1 faiz, şokolad və şokolad məhsulları – 4,2 faiz, çay – 6,4 faiz, kartof – 5,6 faiz, quş əti və onun əlavə məhsulları – 31,6 faiz, dərman vasitələri – 14,9 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan borular – 7,5 faiz, hesablama maşınları, blok və qurğuları – 9,1 faiz, ayaqqabılar – 2,2 faiz, rezin şinlər – 5,7 faiz, yük avtomobilləri – 3,2 faiz, sintetik yuyucu vasitələr – 7,3 faiz, qara metallardan çubuqlar – 18,0 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, sement – 19,7 faiz azalmışdır.

2025-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 18,0 faiz, şəkər – 67,6 faiz, siqaretlər – 38,4 faiz, kartof – 47,8 faiz, bitki yağları – 25,0 faiz, polipropilen – 0,8 faiz, emal olunmamış alüminium – 87,0 faiz, polietilen – 12,7 faiz, sement klinkerləri – 11,5 faiz, pambıq ipliyi – 30,5 faiz artmış, tütün ixracı isə 30,9 faiz, meyvə və tərəvəz şirələri – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 16,4 faiz, çay – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,8 faiz, mineral gübrələr – 3,8 faiz, pambıq lifi – 8,0 faiz, elektrik enerjisi – 29,8 faiz, qara metallardan borular – 11,3 faiz, qara metallardan çubuqlar – 36,1 faiz, bentonit gili – 15,1 faiz azalmışdır.  

İş elanları AzVak.az-da

Azərbaycan xarici ticarət Azərbaycan ixrac 2025 Azərbaycan idxal 2025 xarici ticarət dövriyyəsi 2025 Azərbaycan ticarət tərəfdaşları Azərbaycan ixrac statistikası Azərbaycan idxal statistikası qeyri neft qaz ixracı Azərbaycan iqtisadi göstəricilər Azərbaycan ticarət balansı Azərbaycan müsbət saldo Azərbaycan neft ixracı Azərbaycan təbii qaz ixracı Azərbaycanın əsas ixrac ölkələri Azərbaycanın əsas idxal ölkələri Azərbaycan İtaliya ticarət əlaqələri Azərbaycan Türkiyə ticarət əlaqələri Azərbaycan Rusiya ticarət əlaqələri Azərbaycan Çin ticarət əlaqələri Azərbaycan qeyri neft sektoru ixracı Azərbaycan kənd təsərrüfatı ixracı Azərbaycan sənaye məhsulları ixracı Azərbaycanda idxal olunan məhsullar Azərbaycanda ixrac olunan məhsullar Azərbaycan xarici ticarət artımı Azərbaycan iqtisadi artım göstəriciləri Azərbaycan ticarət statistik hesabatı Azərbaycan Dövlət Statistika məlumatları Azərbaycan beynəlxalq ticarət əlaqələri
13.02.2026 07:34

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18