TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Vüqar Cavanşir oğlu Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib.
Bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir.
Bu gün də Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib.
Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib.
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb.
2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.
8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 16 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























