Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi

"Panasonic Corporation" Şimali Amerika və Avropadakı televiziya satış əməliyyatlarını aprel ayında Çinin "Skyworth Group" şirkətinə ötürməyə hazırlaşır. Həmçinin Panasonic qlobal miqyasda 12 min işçisi ilə yollarını ayıracağını açıqlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiya şirkəti "Panasonic Corporation" yenidən strukturlaşma (restrukturizasiya) çərçivəsində televizor satış fəaliyyətini Şinin "Skyworth Group" şirkətinə ötürür. Yaponiya mətbuatında yayılan xəbərlərə görə, şirkət Şimali Amerika və Avropadakı TV satış əməliyyatlarını aprel ayından etibarən "Skyworth"a təhvil verəcək. Çinin "Skyworth" holdinq şirkəti televizor və digər audiovizual məhsulların dizaynı, istehsalı və satışı ilə məşğuldur. Şirkət həmçinin daşınmaz əmlak investisiyaları da həyata keçirir.

Təhvil prosesi ilə bağlı maliyyə şərtləri açıqlanmayıb.

Reklam_3_11

Marja xəbər verir ki, "Panasonic"in Avropa və Şimali Amerikadakı satış əməliyyatlarını dayandırdıqdan sonra diqqətini Asiyanın digər ölkələrinə yönəltməsi planlaşdırılır. Şirkətin bu bazarlarda yerli tələblərə uyğun, daha çevik satış və marketinq strategiyaları hazırlamağı hədəflədiyi bildirilib.

Məlumatda "Panasonic" və "Skyworth" arasında gələcəkdə digər sahələr üzrə də yeni əməkdaşlıqların gündəmə gələ biləcəyi qeyd olunub.

Qlobal miqyasda 12 min nəfər işdən çıxarılacaq

Yeni restrukturizasiya prosesi yalnız əməliyyatların ötürülməsi ilə məhdudlaşmayacaq. "Panasonic"in dünya üzrə 12 min işçisini ixtisar edəcəyi bildirilib.

İxtisarların hansı ölkələri və hansı biznes sahələrini əhatə edəcəyi hələlik dəqiqləşməyib. Qərarın şirkətin qlobal miqyasda xərcləri azaltmaq və fəaliyyət səmərəliliyini artırmaq strategiyasının tərkib hissəsi olduğu qiymətləndirilir.

"Panasonic"in addımları qlobal elektronika sektorunda artan rəqabət və azalan mənfəət mühitində şirkətlərin restrukturizasiya meylini bir daha gündəmə gətirib.

İş elanları AzVak.az-da

25.02.2026 13:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18