“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
İranda yerləşən “Buşəhr” atom elektrik stansiyasının ərazisində 639 Rusiya vətəndaşı qalır, obyektdə işlər dayandırılıb. Stansiyaya mümkün zərbə regional miqyaslı fəlakətə gətirib çıxara bilər.
Bu barədə jurnalistlərə Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib. Onun sözlərinə görə, Rusiya mütəxəssisləri İranın atom sənayesinin rəhbərliyi ilə əlaqəni tam itiriblər.
“Hazırda nə telefon, nə də elektron rabitə mövcuddur. Onların hətta fiziki vəziyyəti barədə belə qiymətləndirmə verə bilmirik”, – deyə o bildirib.
Bununla yanaşı, dövlət korporasiyası birbaşa AES rəhbərliyi ilə əlaqə saxlayır.
Lixaçov Yaxın Şərqdə gedən döyüş əməliyyatları ilə əlaqədar “Buşəhr” AES-in tikinti meydançasında işlərin tam dayandırıldığını bəyan edib və “hazırda İranın nüvə obyektlərində vəziyyətin necə olduğu barədə məlumatlı olmadığını” vurğulayıb.
“Rosatom”un rəhbəri stansiyaya mümkün zərbənin son dərəcə ağır nəticələrə gətirib çıxaracağını bildirib.
“Reaktor güc rejimindədir, onun daxilində 72 ton yanacaq var. Daha 210 ton işlənmiş yanacaq da var. Bu, çox böyük həcmdə material deməkdir. Zərbə endiriləcəyi təqdirdə, regional miqyaslı fəlakət olacaq”, – deyə A.Lixaçev vurğulayıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) martın 3-də son peyk görüntülərinə istinadla İranın Natanz şəhərində yerləşən uranın zənginləşdirilməsi üzrə zavodunun binalarında zədələnmələrin olduğunu təsdiqləyib.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 26 d. əvvəl
-
- 45 d. əvvəl
-
49 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























