FAB 2026-cı ilin rənglərini elan edib
(®) Rəng trendlərini sadəcə izləyən deyil, onları formalaşdıran FAB Şirkətlər Qrupu 2026-cı ilin rəng konseptini təqdim edib. İlin trend rəngləri adaçayı yaşılı, moka qəhvəsi, südlü latte və bəyaz bal rəgləridir.
Qlobal dizayn tendensiyaları, dəyişən həyat tərzi, müasir məkan anlayışı və rəng psixologiyasının dərin analizi əsasında müəyyənləşdirilən “İlin rəngi” konsepti boya dünyasına yeni baxış gətirir.
“FAB”ın təqdim etdiyi 2026-cı ilin trend rəngləri yaşayış və iş məkanlarında harmoniya, rahatlıq və balans hissini ön plana çıxarır. Seçilən rəng palitrası insan psixologiyasına müsbət təsir göstərərək məkanlara sakitlik, enerji və zamansız müasirlik qazandırır. Bu yanaşma “FAB”ın dizayn və rəng sahəsindəki ekspert mövqeyini və trend yaratma gücünü bir daha təsdiqləyir.
“FAB ilin rəngi” konsepti interyer dizaynında fərdi üslubu vurğulamaq, məkanla emosional bağ yaratmaq və uzunmüddətli vizual dəyər formalaşdırmaq istəyənlər üçün ilham mənbəyi kimi təqdim olunur. Bu rəng konsepti memarlar, dizaynerlər, ustalar və fərdi istehlakçılar üçün yeni mövsümün əsas vizual referansına çevrilməyi hədəfləyir.
İnnovasiya və strateji baxışı ilə seçilən FAB Şirkətlər Qrupu bazarın mövcud və gələcək tələblərinə çevik cavab verməyi əsas prioritet hesab edir. Şirkət rəng sahəsində müəyyənedici mövqeyini qoruyaraq, boya dünyasında istiqamətverici rolunu gücləndirməyə davam edir.
FAB: rəngi seçən deyil, ili rənglə müəyyənləşdirən brend
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
5 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
6 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
8 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı























