“Azexport” 5000-dən artıq üzvü olan “Shinseikai” platforması ilə anlaşdı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq sənədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa “B2B” əlaqələrin qurulmasını hədəfləyir.
İmzalanma mərasimində “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.
Memoranduma əsasən, tərəflər tekstil, kənd təsərrüfatı, qida sənayesi, logistika və digər strateji sektorları təmsil edən şirkətlər arasında davamlı ticarət əlaqələrinin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər. Əsas diqqət ixrac prosesində qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və logistik əməliyyatların birgə səylərlə təkmilləşdirilməsinə, məhsulların rəqəmsal mühitdə tanıdılmasına yönəldiləcək.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bu əməkdaşlığın qeyri-neft ixracı coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Yaponiya bazarı özünün yüksək keyfiyyət standartları və ənənələri ilə seçilir. “Shinseikai” platforması ilə imzalanan bu Memorandum yerli məhsullarımızın Yaponiyanın geniş ticarət şəbəkələrinə inteqrasiyası üçün mühüm bir körpü rolunu oynayacaq. “Azexport” portalının rəqəmsal sərgi zalı kimi innovativ həllər yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında məsafədən, lakin vizual və dolğun məlumat əldə etməsinə birbaşa xidmət edəcək.
“Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura öz növbəsində təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına tam dəstək verəcəklərini qeyd edib. O bildirib ki, “Azexport” tərəfindən yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları ilə inteqrasiya təcrübəsi Yapon işgüzar dairələrinin xüsusi marağına səbəb olub.
Razılaşmaya əsasən, yaxın gələcəkdə Memorandumun icrası çərçivəsində hər iki ölkə sahibkarlarının iştirakı ilə silsilə onlayn “B2B” görüşlərin və ixrac prosedurları üzrə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə iştirak etmək istəyən sahibkarlar “Azexport” portalına müraciət edə bilərlər.
Qeyd edək ki, “Azexport” portalının imkanlarından istifadə üçün xidmət haqqı və ya komissiya nəzərdə tutulmayıb.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
25 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 30 d. əvvəl
-
-
36 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
41 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb





.jpg)












.jpg)







