970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda qaz hasilatı cüzi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda  qaz hasilatı cüzi artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

SOCAR-ın 2026-cı ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat açıqlanıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard kubmetr qaz hasil olunub.

Ölkə üzrə qaz hasilatı 0,4% artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,52 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr, qaz ixracı isə 6,9% artaraq 6,5 milyard kubmetr təşkil edib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,45 milyon to neft, 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

30.04.2026 12:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19