Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
Vüsal Aslanov: Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur.2025-ci ildə metropolitenin rəqəmsal strategiyası təsdiqlənərək icrasına başlanılıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirirb.
"Biz 2025-ci ildə Bakı Metropoliteninin rəqəmsal strategiyasını hazırlayıb təsdiq etdik və həmin strategiya istiqamətində işlərə başladıq. Bu, iki əsas istiqaməti əhatə edir.
Birincisi, əməliyyat səmərəliliyi: qatarların, eskalatorların və infrastrukturun texniki xidmətinin avtomatlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi.
İkincisi, sərnişinlərə yönəlik həllər: pilot rejimində süni intellektlə sərnişin sıxlığının idarə edilməsi proqram təminatı üzərində işlənilir. Süni intellekt əsaslı videomüşahidə sistemini ilkin mərhələdə istifadəyə vermişik - kamera sistemi sərnişinlərin hansı stansiyadan girib hansı stansiyaya çıxdığının ümumi fonunu müəyyənləşdirir.
Bəzi yeniliklər artıq hiss olunur: gedən qatarın vaxtı deyil, növbəti gələcək qatarın vaxtı göstərilir. Yaxın gələcəkdə mobil tətbiqdə gələn qatarda hansı vaqonların nisbətən boş olduğu göstəriləcək. Stansiyalara boş qatarlar göndərilməsi artıq tətbiq olunur — "Koroğlu", "28 May", “Gənclik”, "Elmlər Akademiyası" stansiyalarına günün müxtəlif vaxtlarında boş qatarlar göndərilir ki, orada toplanmış sərnişinlər rahatlıqla minə bilsin, sıxlıq aradan qaldırılsın.
Eskalator idarəetməsi də artıq qrafik deyil, real vaxt məlumatları əsasında həyata keçirilir. Hərəkət qrafiki tam rəqəmsallaşıb — qatarların intervalını 30-dan 36-ya qaldırmağımızın əsasında məhz rəqəmsal həllər dayanır",- Vüsal Aslanov deyib.
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki, yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq:
"Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq.
Bu arada onu da əlavə edim ki, biz bu yaxınlarda hakaton keçirdik - 1200-dən çox müraciət daxil oldu, 78 nəfər cəlb edildi. "İçərişəhər" stansiyasının sərnişinə qapalı platformasında bu tədbiri ilk dəfə real infrastruktur üzərində əyani şərait yaratmaqla keçirdik. İştirakçıların böyük bir qisminin sualları və arzuları məhz mobil tətbiqlə bağlı idi. O hakatonda iştirak etmiş iştirakçıların bir qisminin layihələrinin davam etdirilməsi və işə qəbul istiqamətində işlər davam edir.
Əlavə olaraq hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir.
Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
Aslanov hesab edir ki, məsafəyə əsaslanan ödəniş sistemi təkcə metro deyil, bütün ictimai nəqliyyat şəbəkəsi üzrə tətbiq olunmalıdır:
"Bu məsələni Bakı şəhərinin ictimai nəqliyyatı üçün ümumilikdə müzakirə etmək daha məqsədəuyğundur, çünki avtobus nəqliyyatı var, yaxın gələcəkdə tramvay da olacaq. Məsafəyə görə ödəniş üçün ilk növbədə infrastrukturun hazır olması lazımdır. Köhnə stansiyalarımızda — Yaşıl və Qırmızı xətt stansiyalarında - çıxışda turniket yoxdur, onların yerləşdirilməsi sıxlıq yarada bilər.
Buna görə tək Metropoliten deyil, bütövlükdə Bakı şəhərinin ictimai nəqliyyatı üçün vahid mərkəzdən müəyyən paketlər şəklində ödəniş sisteminin qurulması istiqamətində işlərə başlayacağıq".
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
- 11 d. əvvəl
-
19 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 41 d. əvvəl
-
49 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"






.jpg)
.jpg)





.jpg)








