"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Ələt Azad Zonası yerli bazar deyil, ixrac mərkəzi kimi inkişaf etdirilir.
Bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
"Biz istənilən investorla potensial layihələrin müzakirəsinə açığıq, lakin biz Ələt Azad İqtisadi Zonasında daha çox yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalla məşğul olan müəssisələrin fəaliyyətini üstün tuturuq. İxrac yönümlü istehsal o deməkdir ki, istehsal olunan malların ən azı 75 %-i ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri, yerli bazara yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin həmin zonada formalaşmasının qarşısını almaq və Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrlə ölkə iqtisadiyyatının əsas sektorundakı şirkətlər arasında qeyri-bərabər rəqabətin yaranmamasını təmin etməkdir. Çünki azad zonada fəaliyyət göstərən müəssisələr vergi və gömrük rüsumlarından azad olduqları üçün üstün rəqabət mövqeyinə malik olurlar və bu, yerli şirkətlər üçün ciddi çətinliklər yarada bilər", - deyə o qeyd edib.
Bundan başqa, V.Ələsgərov deyib ki, yüksək əlavə dəyərli istehsal ölkələrin inkişafını sürətləndirir: "Bəzən yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla bağlı mövqeyimiz tənqid edilir. Lakin İrlandiya kimi ölkələrin təcrübəsi bu yanaşmanın nə qədər doğru olduğunu göstərir. Onlar 1959-cu ildə Şennon Azad İqtisadi Zonasını yaratdılar və bəyan etdilər ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan müəssisələri məmnuniyyətlə qəbul edirlər. Bu çərçivədə istehsal olunan məhsulların böyük hissəsi ixrac edilməli idi.
Bu günkü İrlandiya ilə 1960-cı illərin İrlandiyasını müqayisə etdikdə görürük ki, biznesin inkişafında məhz bu cür ixracyönümlü strategiya nəticəsində ölkə tamamilə fərqli bir səviyyəyə yüksəlib".
"Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır"
Valeh Ələsgərov bildirirb ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır.
"Biz yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən istənilən azad iqtisadi zonadan daha cəlbedici olmağa borcluyuq. Rəqabətədavamlı olaq ki, investorlar məhz Ələt Azad İqtisadi Zonasını seçsinlər. Məhz buna görə də Ələt Azad İqtisadi Zonası üçün xüsusi məkan seçilib. Bu ərazi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində - Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qovşağında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə bizə investorlar və müştərilər üçün su, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş logistik xidmətlər təqdim etmək imkanı yaradır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar üçün yeni logistika-infrastruktur modeli formalaşdırılır: "Yüksək texnologiya sənayesinin inkişafı üçün istehsal sahələrinə yaxın ərazidə karqo hava limanının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Ələt Azad İqtisadi Zonası ərazisində karqo hava limanının tikintisi üçün yerli aviadaşıyıcı "Silk Way Airlines" şirkəti ilə razılıq əldə edilib. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə azad iqtisadi zona ərazisində inşa edilən ilk hava limanı olacaq. Onun tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il hava limanının tam istifadəyə verilməsi planlaşdırılır. Bu infrastruktur yüksək texnologiya şirkətlərinin Ələt Azad İqtisadi Zonasında öz bizneslərini qurması üçün əlavə imkanlar yaradacaq".
"İnvestorlar üçün digər mühüm məqam ondan ibarətdir ki, biz onları infrastruktur və kommunal xidmətlərlə tam təmin olunmuş sənaye torpaq sahələri ilə təmin etməyə hazırıq. Bu sahələr tələb yaranmadan əvvəlcədən hazırlanır. Tələbin hələ formalaşmadığı şəraitdə belə qabaqlayıcı investisiyaların həyata keçirilməsi asan deyil, lakin belə yanaşma olmadan investorların cəlbi mümkün deyil. Bu baxımdan İrlandiyanın "Şennon" Azad İqtisadi Zonası və Sinqapurun "Curonq" təcrübələri mühüm nümunədir. Xüsusilə Curonq Azad Zonası üçün bütöv bir adanın yaradılması bu yanaşmanın miqyasını göstərir. Növbəti əsas üstünlük isə vergi və gömrük güzəştləridir. Burada bütün növ vergi, gömrük rüsumları və digər rəsmi ödənişlər tətbiq edilmir", - deyə V.Ələsgərov əlavə edib.
Həmçinin, onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır: "Zonanın cəlbediciliyinin ən mühüm amillərindən biri onun hüquqi bazasıdır. Bu zona "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna əsaslanır. Həmin qanun digər qanunlarından üstün hüquqi qüvvəyə ("prevailing law statusu") malikdir. Azad iqtisadi zonaların tarixində belə xüsusi hüquqi rejimlərin tətbiqi yeni deyil. Oxşar yanaşmalar 1959-cu ildə İrlandiyada, daha sonra Sinqapurda, Çində və digər ölkələrdə tətbiq olunub. Bu cür üstün qanunvericilik çərçivəsinin mövcudluğu investisiya mühiti üçün həlledici əhəmiyyət daşıyır.
Bu qanuna əsasən, ümumi daxili qanunvericilik Ələt Azad İqtisadi Zonasına və onun rezidentlərinə şamil edilmir. Zonanın ərazisində bütün münasibətlər yalnız bu qanun və Zonanın daxili qaydaları ilə tənzimlənir".
Eyni zamanda, Zonanın öz daxili qaydaları mövcuddur. Məsələn, planlaşdırma və tikinti icazələri üzrə prosedurlar xüsusi olaraq sadələşdirilib. Bildiyiniz kimi, dünyanın bir çox ölkəsində tikinti və planlaşdırma icazələrinin alınması aylarla çəkən mürəkkəb bir prosesdir. Ələt Azad İqtisadi Zonasında isə, layihə sənədləri Avropa standartlarına (European code) uyğun hazırlandığı halda, icazələrin verilməsi və tikintiyə başlanması cəmi 3–5 gün ərzində həyata keçirilə bilir."
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
17 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
47 d. əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb






















