Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“BQ” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb.

Marja xəbər verir ki, 3 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “BQ” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Reklam_3_11

Şirkətin səhmləri üzrə abunə yazılışı 5 iyun 2026-cı il tarixində başlayıb, 5 gün davam edib və iyunun 9-da yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 11 iyun 2026-cı il tarixində başa çatıb.

Bakı Fond Birjasının məlumatına görə, səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə cavab verdiyindən qiymətli kağızlar Standart Bazar Listinq seqmentinə daxil edilir.

Səhmlər üzrə ümumi buraxılış həcmi 200 min 500 manat təşkil edib. Yerləşdirmə tam həcmdə reallaşıb. Sifarişlərin ümumi həcmi nominal qiymətlə 200 min 500 manat olub.

Yerləşdirmə zamanı 1 investor tərəfindən 1 sifariş verilib. Səhmlərin ilkin ticarət qiyməti və hərrac qiyməti 2 min 5 manat təşkil edib.

“BQ” ASC-nin səhmləri sənədsiz adlı adi səhmlərdir. Səhmlərin dövlət qeydiyyat nömrəsi – İSİN AZ1002020936-dır. Buraxılış çərçivəsində 100 ədəd səhm yerləşdirilib.

Yerləşdirmə üzrə anderrayter “İnvest-Az İnvestisiya Şirkəti” QSC olub.

Yerləşdirmə uğurla başa çatdığı üçün "BQ" ASC-nin nizamnamə kapitalı 4 min 10 manatdan 204 min 510 manata yüksəlib.

"BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsus idi.  Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.

“BQ” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.

İş elanları AzVak.az-da

“BQ” ASC BQ səhmləri Bakı Fond Birjası BFB səhmlərin yerləşdirilməsi abunə yazılışı Ticarətə İcazə Standart Bazar qiymətli kağızlar İSİN AZ1002020936 adi səhmlər sənədsiz adlı səhmlər İnvest-Az İnvestisiya Şirkəti anderrayter səhm buraxılışı investor sayı sifariş sayı emissiya prospekti kapital bazarı
11.06.2026 13:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19