"AFB Bank" Risklərin təhlili şöbəsinə rəis vakansiyası elan edir
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ
Vəzifə: Risklərin təhlili şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-İqtisadiyyat, riyaziyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
-Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 3 il təcrübə;
-MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
-Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
-Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
-Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
-Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək.
İŞİN TƏSVİRİ:
-Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
-Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
-Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
-Risk modellərinin qurulması və yenilənməsi;
-Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
-Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planın hazırlanması.
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müraciət üçün son tarix – 30 oktyabr 2017-ci il.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























