Dünya markası Naxçıvanda mağazasını açıb
Oktyabrın 3-də Naxçıvan şəhərinin Atatürk küçəsində Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri qardaş Türkiyənin “Koton” Moda və Satış firmasının Naxçıvanda mağazasının fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, əməyi olanlara təşəkkürünü bildirərək deyib:
Ali Məclisin Sədri deyib: Yeni xidmət sahələri, mağazalar və sosial obyektlər o ölkələrdə istifadəyə verilir ki, orada sabitlik və inkişaf var, insanların yaşayış səviyyəsi ilbəil yaxşılaşır. Azərbaycan da belə ölkələrdəndir. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dünyanın ən tanınmış firmaları və şirkətləri fəaliyyət göstərirlər. Blokada şəraitində olmasına və ölkənin əsas ərazisindən ayrı düşməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf təmin olunub. Bu isə muxtar respublikada böyük firmaların fəaliyyəti üçün geniş imkanlar açır. “Koton” təkcə bir ölkəyə aid firma deyil, o, dünya markasıdır. Firmanın o yerlərdə mağazaları fəaliyyət göstərir ki, orada inkişaf və sabitlik var, əhalinin yaşayış səviyyəsi və alıcılıq qabiliyyəti yüksəkdir. Məhz bu istiqamətlər üzrə apardığı araşdırmalardan sonra “Koton” firması Naxçıvanda da mağazasını açmağı qərara almışdır.
Ali Məclisin Sədri göstərilən bu təşəbbüsə görə “Koton” firmasının qurucularına və əməkdaşlarına təşəkkür edib.
Ali Məclisin Sədri deyib ki, “Koton” firmasının 28 xarici ölkədə və Türkiyədə, ümumilikdə 486 mağazası var. 12 mindən artıq işçisi olan firma hər il 50-dən artıq kolleksiyada alıcılara 30 min fərqli çeşiddə məhsul təklif edir. Avropa və Asiyada böyük nüfuza malik olan “Koton” firması 2025-ci ilə qədər dünyanın 5 qitəsində tanınmağı qarşıya məqsəd qoyub. Bu səbəbdən “Koton” firmasının Naxçıvanda fəaliyyət göstərməsi mühüm əhəmiyyətə malikdir. Çünki bu mağaza yeni iş yerlərinin açılması ilə yanaşı, həm də Naxçıvanda turizmin inkişafına töhfə verəcək, gələn qonaqlar və muxtar respublika əhalisi keyfiyyətli məhsullarla təmin olunacaqdır.
Ali Məclisin Sədri “Koton” firmasının Naxçıvanda açılan yeni mağazasının uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib və kollektivə işlərində uğurlar arzulayıb.
“Koton” Moda və Satış firmasının Xarici ölkələr üzrə bölgə meneceri Bahar Davran deyib: “Koton” firması Naxçıvanda yeni mağazasının açılmasına mühüm əhəmiyyət verir. Çünki burada mağazanın fəaliyyəti üçün hərtərəfli şərait var. Keyfiyyətli xidmət göstərmək qarşımızda duran əsas vəzifədir. Bahar Davran göstərilən dəstəyə görə “Koton” Moda və Satış firmasının qurucuları və kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri mağazada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, yaradıcı düşüncə, yenilikçilik, müştəri məmnuniyyəti, çeşid müxtəlifliyi və dizayn zənginliyi “Koton” firmasının əsas fəaliyyət istiqamətidir. Mağaza qadın, kişi və uşaq geyimləri bölmələrindən ibarətdir. Həmçinin burada firmanın istehsalı olan müxtəlif aksesuarlar və çantalar da alıcılara təklif olunur. Hər fəsilə və dəbə uyğun mallar çeşid bolluğu, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə seçilir. Mağazada 21 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri mağazanın fəaliyyətinin təşkili ilə bağlı aid təşkilatlara tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







