Bu gün Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti rəsmi matçına çıxacaq.
Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv 2018-ci il dünya çempionatının seçmə mərhələsinin IX turu çərçivəsində Çexiya yığmasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş milli üçün xüsusi önəm daşıyır.
Kapitan Rəşad Sadıqovun sonuncu dəfə yığmanın formasını geyinəcəyi oyunda əldə ediləcək qələbənin əhəmiyyəti böyükdür. Rəqibi üstələmək rekord sayda - 13 xalın əldə edilməsi və ilk dəfə 3-cü yeri tutmağa iddianı davam etdirmək anlamına gəlir.
R.Prosineçkinin komandası qalib gələcəyi təqdirdə, Çexiya kollektivini 3-cü yer uğrunda mübarizədən kənarlaşdıracaq. Lakin şəxsi görüşlərdə Azərbaycan millisindən üstün olan 7 xala malik Norveç yığması da tsikli 3-cü sırada başa vurmaq əzmindədir. Oktyabrın 5-də San-Marinonun qonağı olacaq skandinaviyalılar, daha sonra Şimali İrlandiyanı qəbul edəcəklər.
Bakıdakı görüş bu kollektivlərin üçüncü dueli olacaq. Azərbaycan millisi ilk dəfə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutan turnirdə üz-üzə gəldiyi rəqibini 2:0 hesabı ilə məğlub edib. Ötən il cari tsiklində Çexiyada keçirilən matçda isə qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu oktyabrın 8-də səfərdə Almaniya kollektivinə qarşı keçirəcək.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
IX tur
5 oktyabr
20:00. Azərbaycan - Çexiya
Baş hakim: Benua Miyo
Baş hakimin köməkçiləri: Julian Paçelli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneder
(Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habixt (Estoniya)
Komissar: Romano Klavadetşer (İsveçrə)
Bakı Olimpiya Stadionu
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















