IEA: Sentyabrda qlobal neft hasilatı artıb
Beynəlxalq Enerji Agentliyi (IEA), qlobal neft bazarı yenidən tarazlaşma işarələri göstərməyə davam etsə də, Sentyabr ayında dünya neft hasilatının ABŞ-ın istehsalındakı artımın təsirilə yüksəldiyini bildirib.
"Marja" xəbər verir ki, IEA bu gün yaydığı hesabatda qlobal neft hasilatının Sentyabr ayında Avqust ayı ilə müqayisədə 90 min barel artaraq 97,5 milyon barel/gün olduğunu bildirib, istehsalın ötən ilin eyni dövrü ilə müqayisədə 620 min barel/gün qalxdığını qeyd edib.
Qlobal neft tələbi üçün 2017 artım proqnozunu 1,6 milyon barel/gün olaraq davam etdirən IEA, 2018-ci ildə isə tələbatda artımın 1,4 milyon barel/gün təşkil edəcəyini proqnozlaşdırıb.
IEA hesabatda, "OPEC-in hasilatının dəyişməyəcəyini və 2018-ci ilin dörd rübündən üçündə aşağı yuxarı eyni olacağını gözləyirik",- qeyd edilib.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə OPEC-in hasilatı Sentyabr ayında əvvəlki ayala müqayisədə 10 min barel artaraq 32,65 milyon barel olarkən, keçən ilin eyni dövrü ilə müqayisədə 400 min barel/gün aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb





















