Dövlət KİA-nı 4 minə deyirdi, 10300-ə satdı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 31 oktyabr tarixində keçirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan Kia Sportage nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.
Eyni tendensiya Daewoo Leganza markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1127 manata olan Daewoo Leganza 1900 manata sahibini tapıb.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Biləsuvar və Ağstafa şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvarda yerləşən ümumi faydalı sahəsi 106,2 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kv.m təşkil edir. Torpaq sahəsi isə 3170 kv.m-dir.
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 108 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






