Azərbaycanda Volkswagen-in ehtiyat hissələri ucuzlaşdırıldı
Volkswagen Bakı Mərkəzindən “İl boyu ENDİRİM” kampaniyası!
Volkswagen Azərbaycandan 20 illik yubileyə həsr olunmuş 2018 ci il üçün ən yeni ehtiyat hissələri kampaniyasına start verib.
Belə ki, 1 Noyabr 2017 ci il tarixindən etibarən 2018 ci ilin sonunadək orijinal ehtiyat hissələri 20% daha sərfəli olacaq. Bu da Volkswagenin Azərbaycandakı rəsmi nümayəndəliyinin təsis edilməsinin 20 illik yubileyinə həsr edilir.
Şirkətin texniki servis mərkəzinin rəhbəri Asif Rzayevin bildirib: “2017-ci ildə Volkswagenin Azərbaycanda fəaliyyət göstərməyin 20 illiyidir. 1997-ci ildə istehsalçı ilə müqavilə imzalayıb əməkdaşlığa başlamışıq. 20 illik yubileyimizi nəzərə alaraq xüsusi bir aksiya hazırlamaq qərarına gəldik və “İl boyu endirim” adlı bir aksiyaya start veririk. Bu gündən etibarən 2018-ci ilin dekabrınadək hər ay müəyyən adda və sayda orijinal ehtiyat hissələrinə 20% endirim edəcəyik. Bu isə imkan yaradacaq ki, Volkswagen sürücüləri il boyu endirimli qiymətlərdən faydalanıb avtomobillərini hər mövsümdə daha saz vəziyyətə gətirsinlər.
Noyabr ayında asqı sisteminə aid olan bir sıra hissələr 20% daha ucuz olacaq. Bu aksiya bütün modellərə şamil olunur. Növbəti ayda isə endirimdə olacaq hissələr cari ayın 20-dən sonra açıqlanacaq”.
Noyabr ayı ərzində asqı sistemi və hərəkət hissələrinə aid aşağıda göstərilən ehtiyat hissələri 20% endirimlə təklif olunacaq:
-Linglər və Dartqılar +
-Amotrizatorun üst yastıqları (podşıbnik) +
-İntiqal valının tozluqları +
-Oxların oymaqları (vtulka)
Aksiya yalnız rəsmi servisdə dəyişilən ehtiyat hissələrinə aiddir.
Daha ətraflı:
Volskwagen Bakı Mərkəzi
Ünvan: Bəbək pr-i, 35A
Telefon: *5588; 012 514 58 58
E-mail: [email protected]
Web: www.volkswagen.az
FB: www.facebook.com/VolkswagenAZ/
Instagram: www.instagram.com/volkswagen_azerbaijan/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
2 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
-
2 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
3 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















