“İnvestAZ”ın gəlirləri və mənfəəti artıb
“İnvestAZ İnvestisiya Şirkəti” QSC 2017-ci ilin birinci yarısını 438 min 401 manat xalis mənfəətlə başa vurub.
“Marja” investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin birinci yarısı ilə müqayisədə “İnvestAZ”ın xalis mənfəəti 33,5% artıb. Belə ki, şirkət 2016-cı ilin 1-ci yarısını 328 min 347 manat, 2015-ci ilin birinci yarısını isə 48 min 898 manat xalis mənfəətlə bağlamışdı.
Cari ilin Yanvar-İyun dövründə “İnvestAZ”ın cəmi gəlirləri 1 milyon 428 min manat təşkil edib, Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 68% çoxdur. Şirkət 2016-ci ilin birinci yarısında 851 min 348 manat cəmi gəlir əldə etmişdi.
30 İyun 2017-ci il tarixində “İnvestAZ” 8 milyon 447 min manat cəmi aktivlərə, 7 milyon 155 min manat cəmi öhdəliklərə və 1 milyon 291 min manat cəmi kapitala malik olub.
Müştərilər üzrə kreditor borcları 5 milyon 649 min manatdan 7 milyon 46 min manata yüksəlib. Bu, “İnvestAZ”da hesab açanların artdığına işarədir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















