Hər 3 barel neftin 2-si nəqliyyatda istifadə ediləcək
Qlobal enerji tələbatı 35% artacaq
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "2017 Dünya Neft Görünüşü Hesabatına" görə, fosil (canlı qalıqları) yanacaqların (neft, qaz, kömür) 2015-də 81 faiz olan qlobal enerjidəki payı, 2020-də 80%-ə, 2030-da 78%-ə və 2040-da da 74%-ə düşəcək.
"Marja" xəbər verir ki, hesabata görə, fosil yanacaqların qlobal enerjidəki payı 2040-cı ilə doğru getdikcə azalacaq, ancaq neft və qaz qlobal enerji ehtiyacının 50%-dən artığını qarşılamağı davam etdirəcək.
Həmin dövrdə enerji istehsalında ən böyük artım külək, günəş və geotermal enerji mənbələrində baş verəcək. Bərpa olunan enerjinin qlobal enerji istehsalı içindəki payı 2040-a qədər 4 faiz artacaq.
Qlobal enerji tələbatı 2040-a qədər 2015-ci illə müqayisədə 35 faiz artaraq gündəlik 372 milyon barel neft ekvivalentinə yüksələcək. Artımın böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən irəli gələcək. Qlobal enerji tələbatı içərisində inkişaf etməkdə olan ölkələrin payı, 2015-2040 dövründə ildə 1,9 faiz artacaq.
3 BARREL NEFTİN 2-Sİ NƏQLİYYATDA İSTİFADƏ EDİLƏCƏK
Qlobal enerji tələbatı böyüməsində 2040-a qədər ən böyük artım isə təbii qazda baş verəcək. Qlobal qaz tələbatı 3,6 faiz artacaq.
Qlobal neft tələbi, 2040-da gündəlik 111,1 milyon barrel olacaq. İnkişaf etməkdə olan ölkələrdə neft tələbatı sutkada 24 milyon barel artacaq.
Çin isə həmin dövrdə ən böyük neft istehlakçısı olmağı davam etdirəcək və 2040-cı ilə qədər neft tələbatı sutkada 6 milyon barel artaraq sutkada 17,8 milyon barelə çatacaq. Çinin ardınca, gündəlik 5,9 milyon barrel tələb artımı ilə Hindistan gələcək.
Qlobal neft tələbində sektorlar üzrə ən çox artımın baş verdiyi sahə nəqliyyat olacaqdır. 2040-a qədər istehlak edilən hər 3 barel neftin 2-si nəqliyyat sektorunda istifadə ediləcək.
Nəqliyyat sektoru daxilində avtomobil qlobal neft tələbinə ən böyük töhfə verən sektor olacaqdır. Avtomobil sektorunun 2016-da gündəlik 42 milyon barrel olan neft tələbi, 2040-da 48,3 milyon barrelə çatacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir






















