"Facebook" Azərbaycanda server quraşdırdı - MÜQAVİLƏ İMZALANIB
Sosial şəbəkənin istifadəçiləri Facebook kontentinə daha qısa zaman ərzində qoşula və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləyə biləcəklər.
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə "Facebook" korporasiyası arasında "Facebook" şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. Bu barədə "Marja"ya “Azertelecom”dan bildirilib.
Artıq Facebook şirkətinin serverləri “Azertelecom” MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib.
Qeyd etmək lazımdır ki, bu serverlərin quraşdırılması ölkəmizdə yerli facebook istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, Facebook şirkətinin CDN serverlərinin “Azertelecom”un Data mərkəzində yerləşdirilməsi ilk öncə bu sosial şəbəkənin istifadəçilərinin facebook kontentinə daha qısa zaman ərzində qoşulması və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləməsi imkanını yaradır.
Digər tərəfdən facebookun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici data serverlərdən deyil, məhz “Azertelecom” MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardır. Eyni zamanda bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır. “Azertelecom” şirkətinin Facebook korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da emalını sürətləndirir.
Qeyd edək ki, “Azertelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoİP (İP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər vardır. Azertelecom MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) sosial şəbəkəsindəki səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir



















