İtaliya markasının ilk krossoveri artıq Bakıda!
"Autolux Azerbaijan" şirkəti model cərgəsinə daha bir avtomobil əlavə edib. Bu Alfa Romeo Stelvio modelidir.
100 ildən artıq tarixə malik olan Alfa Romeonun ilk krosoveri 2016-ci ildə Los Anceles sərgisində təqdim olunmuşdur.
Avtomobil Şərqi Alp dağlarının arasında yerləşən aşırımın adını daşıyır. 2700 m yüksəklikdə yerləşən sərt döngəli yol italyan idman avtomobil həvəskarları arasında çox sevilən məkandır.
Modelin təqdimatından öncə keçirilmiş mətbuat konfransında bildirildi ki, Alfa Romeo Giulia ilə eyni platformada yığımış Stelvionun tək xarici görünüşü deyil, mühərriyi, sürət qutusu, salonun interyeri də Giulia-ya bənzəyir.
Modelin uzunluğu 4680 mm, eni (yan güzgülərin nəzərə alınmaqla) 2160 mm, hündürlüyü 1670 mm, təkər bazası isə 2820 mm təşkil edir. Giulia modeli kimi Stelvio da Alfa Romeo-ya xas olan 3 tərkib hissədən ibarətdir: nisbət, sadəliy və yüksək performans.
Bunu da qeyd etmək lazımdır ki, Alfa Romeo Stelvio sahibinə fərqli məğlubolunmaz təhlükəsizlik sistemlərini təklif edir.
2.0 l həcimli mühərlik, 280 a.g. və və 8 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş Stelvio avtomobili özündə ənənəvi italyan üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir.
Təqdimat zamanı tam komplektasiyalı versiya ilə tanış olduq. Dəri 1 sürücü və 4 sərnişin yerləşə biləcək salon və 680 l həcmli baqaj hissəsi Stelvionu qısa bir zamanda azərbaycanlı ailələrin sevimlisinə çeviriləcəyinə əminik. Dəbdəbəli, sadə və lakonik cihazlar paneli Stelvionun Alfa Romeo kimi zəngin tarixi, təcrübəsi və ənənələri olan brendin nümayəndəsi olduğunu bir daha vurğulayir. O, sürücüyə tam komfortlu şəraitdə yola hakim olmağı yaşadır.
Qeyd edək ki Stelvio avtomobilini həm nağd şəkildə, həm də sərfəli 5 illik kreditlə almaq olar. Autolux Azerbaijan şirkətinin təklif etdiyi kredit şərtlərinə əsasən ilkin ödəniş – avtomobil qiymətinin 20%, illik faiz dərəcəsi isə 17%-dır.
Təqdim edilmiş versiyanın qiyməti 95500 manat təşkil edir.
Xatırladaq ki Alfa Romeo markasından başqa "Autolux Azərbaycan" Ferrari, eləcə də Ferrari Store, Lamborgini, Collezione Automobilli Lamborgini, Aston Martin həmçinin Jeep, Dodge, Chrysler, Fiat, Fiat Professional və Abarth brendlərinin Azərbaycanda yeganə rəsmi distribüteridir və ölkəmizdə ən geniş avtomobil markaları cərgəsinə malik olan şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
51 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"















.jpg)






