Mərkəzi Bank "Sərt xarici şokdan" ehtiyatlanır
"Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq".
"2018-ci il və ortamüddətli dövr üçün dövlət büdcəsi layihəsi, eləcə də sosial-iqtisadi hədəflər cari ildə gedən müsbət makroiqtisadi proseslər və növbəti ilin makroiqtisadi proqnozları nəzərə alınmaqla hazırlanıb. Ümumilikdə proqnozlar 2017-ci ilə nisbətən daha nikbin ssenariyə əsaslanır".
Vunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, neftin 1 barrelinin orta qiymətinin 45 dollar olması, məzənnə sabitliyi, 6% ətrafında orta illik inflyasiya bu sxemə uyğun baza şərtləridir:
"Büdcə xərclərinin, ilk növbədə investisiya xərclərinin artımı iqtisadi artımı stimullaşdırmaq kontekstində müsbət qiymətləndirilməlidir. Proqnozlaşdırılan neft qiymətlərində tədiyyə balansının cari hesabı gələn ilə tarazlıdır. Dövlət Neft Fondunun transfertləri isə bəzi metodoloji nüanslar nəzərə alınmaqla, demək olar ki, cari il səviyyəsindədir. Formalaşan makroiqtisadi sabitlik çərçivəsi realistikdir".
E.Rüstəmov 2018-ci ildə AMB-nin fokuslaşacağı istiqamətləri də açıqlayıb. O bildirib ki, dayanıqlı iqtisadi artıma şərait yaratmaq üçün makroiqtisadi sabitliyin qorunması gələn il də qarşıda duran başlıca vəzifədir: "2018-ci ildə inflyasiya üzrə proqnozlaşdırılan 6% səviyyəyə nail olmaq üçün hökumət və Mərkəzi Bank tərəfindən sıx koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Büdcə siyasətində nisbətən yumşalmanı nəzərə alaraq Mərkəzi Bank konservativ monetar siyasət yürüdəcək və monetar şəraitin yumşaldılmasını inflyasiyanın aşağı salınması nəticəsində sıx əlaqələndirəcək".
AMB rəhbəri qeyd edib ki, 2018-ci ildə iqtisadiyyatın, xüsusilə fiskal sektorun pula olan tələbatından asılı olaraq pul təklifinin həcmi inflyasiya təzyiqləri prosesləri nəzərə alınmaqla tənzimlənməli, izafi pul emissiyasına yol verilməməlidir.
E.Rüstəmov bildirib ki, məzənnənin volatilliyinin aşağı salınması və sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaq.
"Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq. 2018-ci ildə də makroiqtisadi siyasət qərarları Maliyyə Sabitliyi Şurası çərçivəsində sıx koordinasiya ediləcək. Ortamüddətli dövrə nəzər salsaq, iqtisadi artımın daha da sürətlənməsi və bu əsasda daha yüksək həyat şəraitinin təmin olunması üzrə bundan sonra öncəki dövrdə əldə olunan sürətin itirilməməsi başlıca vəzifə olaraq qalır. Bu məqsədlərin reallaşdırılmasının üç əsas baza şərti var: birincisi, effektli iqtisadi, o cümlədən də makroiqtisadiyyatın yürüdülməsi; ikinci, struktur islahatlarının təmin olunması; üçüncüsü, insan kapitalının qabaqlayıcı inkişafı. Bu məqsədlərin realizasiyası daha dərin makroiqtisadi manevr, stabilləşdirici makroiqtisadi siyasətdən tədricən stimullaşdırıcı makroiqtisadi siyasətə keçidi tələb edir. Stimullaşdırıcı makroiqtisadi siyasət çərçivəsində ilk növbədə aşağı inflyasiya təmin edilməlidir", - deyə o vurğulayıb.
Sədr qeyd edib ki, inflyasiyaya təsir imkanlarını artırmaq üçün Mərkəzi Bank pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini gücləndirir:
"Pul bazarının aktivləşdirilməsi, inflyasiyanın bazarda formalaşan qısamüddətli faizlərlə idarə edilməsi optimal pul siyasəti rejiminə keçidin həlledici mərhələsini təşkil edir. Bunu nəzərə alaraq növbəti ildə Mərkəzi Bank tərəfindən hazırlanan və Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiqlənən "Pul bazarlarının inkişaf proqramı" üzrə tədbirlər aidiyyatı qurumlarla birlikdə həyata keçiriləcək. Stimullaşdırıcı büdcə-vergi siyasəti çərçivəsində son dövrdə büdcə sisteminin dayanıqlığının artırılması, maliyyə risklərinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu baxımdan hazırlanan fiskal qaydaların pul strategiyasının və orta müddət xərc strategiyasının qəbul edilməsi və tətbiqi orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığı təmin edəcək. Lakin digər tərəfdən büdcənin xərc istiqamətlərinə yenidən baxılmalı, bu xərclərin passiv istiqamətlərdən iqtisadi inkişafın, ilk növbədə insan kapitalının inkişafını dəstəkləyən istiqamətlərə yönəldilməsi təmin edilməlidir. Bu, çox mühüm beynəlxalq bir trenddir və biz bunu nəzərə almalıyıq".
E.Rüstəmov bəyan edib ki, maliyyə-bank sektorunun iqtisadi artımı maliyyələşdirilməsində rolu bərpa olunmalı və gücləndirilməlidir. Onun fikrincə, bank sistemində restrukturizasiya prosesi tamamlanmalı, problemli aktivlər problemi həll edilməli və bankların kapitalizasiya istiqamətində görülən tədbirlər davam etdirilməlidir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
1 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib





















