Expressbank qaliblərin adını açıqladı
Expressbank-ın keçirdiyi “Yeni il lotereyası”-nın qalibləri artıq məlumdur.
Bildiyiniz kimi, Yeni ilin gəlişi Expressbank-ın plastik kart sahibləri üçün ikiqat bayrama çevrildi. Belə ki, onlar gündəlik alış-verişlərini Expressbank-ın ödəniş kartları ilə edərək xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazandılar.
6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri arasında keçirilən “Expressbank-ın Yeni il lotereyası” - nın qaliblərini və qazandıqları hədiyyələri təqdim edirik.
Quliyeva Teybə – Samsung Galaxy Note Edge
Bağıyeva Fatimə – Samsung Galaxy Note Edge
Əsgərova Leyla – Samsung Galaxy S5 mini
Nəbiyev Taleh – Samsung Galaxy Tab 4
Lotereyanın qaydaları və qaliblərin müəyyən edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla tiraj komissiyası və dəvət olunmuş müstəqil KİV nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Qaliblər xüsusi kompüter proqramı əsasında təsadüfi qaydada seçiliblər. Onların hər birinə uğurlar və yeni nailiyyətlər arzu edirik.
Xatırladaq ki, "Xərclərinizi gəlirə çevirin" şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





























