"Yumurtanı işbazlar bahalaşdırır"
Respublika Quşçular Cəmiyyəti yumurtanın pərakəndə satış qiymətində müşahidə olunan artıma münasibət bildirib.
Cəmiyyətin sədri Aydın Vəliyev açıqlamasında bildirib ki, hazırda qiymətin artması üçün heç bir zəmin yoxdur: "Dəqiq deyə bilərəm ki, istehsalçılar tərəfindən qiymət artımı barədə qərar qəbul olunmayıb. Qiymətlər əvvəlki səviyyədədir. Ən son məlumata əsasən, istehsalçılar 360 ədəd yumurtanı 42 manata satır. Beləliklə, 1 ədəd yumurtanın qiymətinin 11-12 qəpik arasında formalaşmasından xəbər verir. Qiymət artımına işbazlar səbəb olur. Necə deyərlər, işbazlar tərəfindən əldən-ələ və ya başqa ad altında yumurtanın satılması bu cür fəsadlar verir. İşbazlar qiyməti artırır, sonra da məsuliyyəti atırlar istehsalçıların üzərinə. Halbuki, istehsalçı bazar üzü görmür. Bir daha qeyd edirəm ki, hazırda qiymət artımı üçün heç bir zəmin yoxdur. Əksinə, biz yumurta ixracı üçün yeni bazarlar axtarırıq, çünki daxili bazarda tələbatı tamamilə ödəyirik".
Qeyd edək ki, hazırda bəzi marketlərdə 1 ədəd fabrik yumurtasının qiyməti 15 qəpiyə, kənd yumurtasının qiyməti isə 24 qəpiyə çatıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər












.jpg)









