"Birləşməyi bazarda mövqeyimizi gücləndirmək üçün edə bilərik"
"Rabitəbank" ASC, İdarə Heyətinin Sədrinin jurnalistlərə verdiyi müsahibə barədə dəqiqləşdirilmiş açıqlama yayıb. Bankdan bildirilib ki, yayılan xəbərlərdə onun fikirləri təhrif olunub.
""Rabitəbank" ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov, bankın birləşmə ilə bağlı planları barədə suala cavab verərək bildirmişdir ki, "Rabitəbank" daim digər banklarla partnyorluq və müxtəlif sinerji növləri, o cümlədən konsolidasiya ilə bağlı fikirlərə açıqdır və bank bazarında baş verə biləcək konsolidasiya proseslərinə müsbət yanaşır. Lakin hazırda Rabitəbankın bu barədə hər hansı bir konkret qərarı yoxdur" - Bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir.
XXX
Hazırda kapital çatışmazlığı yaşayan 10 bankın birləşməsi aktuallığı artıb.
Çünki Maliyyə Bazarlarına Nəzarət Palatası həmin banklar qarşısında tələb qoyub ki, ilin sonuna qədər ya kapitalı artırmalı, ya da birləşməlidirlər. Bazarda birləşməyə hazır olan bir neçə bank artıq var və onlar müttəfiqlərini araşdırırlar. Kapitalı yetərli olan böyük banklar kiçik və zəif banklara müştəri gözü ilə baxmağa başlayıblar. Artıq kiçik banklara gələn təkliflərin sayı artıb.
Məsələn, Rabitəbank"ın İdarə Heyətinin sədri E. Qədimov bankın birləşmə ilə bağlı planları barədə suala cavab verərək bildirib ki, Rabitəbank daim digər banklarla partnyorluq və müxtəlif sinerji növləri, o cümlədən konsolidasiya ilə bağlı fikirlərə açıqdır və bank bazarında baş verə biləcək konsolidasiya proseslərinə müsbət yanaşır:
"Bilirsiniz ki, Rabitəbankın nizamnamə kapitalı yüksəkdir və bizim fəaliyyətimizlə ilə bağlı heç bir problemimiz də yoxdur. Birləşməyə gəlincə, bunu kapitalımızı artırmaq üçün deyil, bazarda mövqeyimizi gücləndirmək üçün edə bilərik. Təəssüf ki, hələ Sizi sevindirəcək bir xəbər deyə bilməyəcəyəm”.
XXX
"Birləşmək yox, kiçik banklara müştəri çıxa bilərik"
"Rabitəbank” ASC birləşmə arqumentini qəbul etmir. Çünki bankın qarşısında kapital artırmaq kimi bir məqsəd qoyulmayıb.
Bunu açıqlamasında Rabitəbank ASC-nin İdarə heyətinin sədri Elçin Qədimov bildirib:
"Amma dediyimiz kimi, kapital çatışmazlığı olan kiçik banklara müştəri çıxa bilərik. İstəyirik, amma hələki ortada konkret bir şey yoxdu. Bilirsiniz ki, "Rabitəbank"ın nizamnamə kapitalı yüksəkdir və bizim fəaliyyətimizlə bağlı heç bir problemimiz də yoxdur. Digər bankı, kapitalımızı artırmaq üçün deyil, bazarda mövqeyimizi gücləndirmək üçün ala bilərik".
Prosesin nə zaman baş tutmasına gəlincə E.Qədimov konkret tarix açıqlamayıb: "Təəssüf ki, hələ Sizi sevindirəcək bir xəbər deyə bilməyəcəyəm”.
Qeyd edək ki, "BankRespublika" və "Rabitə Bankın" birləşəcəyi danışılır.
İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
© İnsider
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)












