Dövlət “Bolluq” bazasını satır - YENİ HƏRRAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib. Belə ki, 09 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir.
Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ rayonları, Sumqayıt şəhəri, habelə, Tovuz, Xızı, Cəlilabad, İmişli, Qax, Oğuz, Göyçay, Lerik və Astara rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 444 min 500 manata olan Sumqayıtda yerləşən “Bolluq” bazasıdır. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 1445.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 13063 kv.m.-dir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 400 min manata Suraxanı rayonunda yerləşən 42 saylı mağaza, 216 min manata Bakı şəhəri Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq, 210 min manata Oğuz rayonunda Tütün anbarı da var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Nəsimi, Nərimanov, Nizami, Xətai rayonlarında yerləşir.
Bu dəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Göstərilən linkə ( https://goo.gl/XfCc66) daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3020
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində























