Azərbaycanda ötən il nə qədər neft və qaz hasil edilib?
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə bildirb ki, 2016-cı ildə Azərbaycanda 41 milyon tondan artıq neft və 29,4 milyard kubmetr qaz hasil edilmişdir.
Neftin 7,5 milyon tonunu və qazın 6,3 milyard kubmetrini SOCAR hasil etmişdir. ABƏŞ və “Şahdəniz” konsorsiumları isə ötən il 33,5 milyon ton neft və 23,1 milyard kubmetr qaz çıxarmışlar.
59%-İ AZƏRBAYCANIN PAYINA DÜŞÜB
"Marja"nın məlumatına görə, Xoşbəxt Yusifzadə qeyd edib ki, işlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azəri”, “Çıraq” yataqlarından və “Günəşli” yatağının dərinsulu hissəsindən 416,5 milyon ton neft və 128,2 milyard kubmetr qaz hasil edilmişdir. Hazırda həmin yataqlardan ayda 2,6 milyon ton neft və 1 milyard kubmetrdən çox qaz hasil olunur.
“Artıq 18-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2017-ci il yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 231,8 milyon ton “mənfəət nefti” satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-ci ildə dünya bazarlarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur”.
2017-ci il yanvar ayının 1-dək dünya bazarlarına 435,4 milyon ton Azərbaycan nefti çıxarılmışdır ki, bunun da 321,7 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmışdır.
“Əsrin Müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.
“Şahdəniz” yatağının işlənməsi iki mərhələyə bölünmüşdür - “Faza-1” və “Faza-2”. “Faza-1” çərçivəsində yataq “Alfa” platformasından işlənilir. 15 quyuluq platforma yatağın şimal-şərqində, dənizin dərinliyi 100 metr olan hissədə yerləşir.
Hazırda “Şahdəniz” yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 milyon kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur. İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 78,4 milyard kubmetr qaz və 19,6 milyon ton kondensat çıxarılmışdır. 2017-ci il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 milyard kubmetr, Türkiyəyə isə 43,8 milyard kubmetr qaz verilmişdir. Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 milyon kubmetr və Türkiyəyə 18,5 milyon kubmetr qaz nəql edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
9 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















