26-cı SOCAR istifadəyə verilib
Dekabrın 6-da “SOCAR PETROLEUM” QSC-ə məxsus sayca 26-cı yanacaqdoldurma məntəqəsi (YDM) Ucar rayonunun Müsüslü kəndi ərazisində istifadəyə verilib.
QSC-dən bildirilib ki, YDM müasir şəraiti və yüksək xidmət keyfiyyəti ilə bölgənin aparıcı müəssisələrindəndir. Yanacaqdoldurma məntəqəsi öz çoxprofilli xidmətlərini yerləşdiyi coğrafi ərazinin əhalisinə təqdim edəcək. Yanacaqdoldurma məntəqəsi modern görünüşü ilə bərabər beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Digər YDM-lərdə olduğu kimi nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan “TATSUNO” yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem, təhlükəsizlik məqsədilə fasiləsiz fəaliyyət göstərən videomüşahidə sistemi kimi innovativ yeniliklər bu məntəqədə tətbiq olunub.
“Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da, 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
“Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhərində olmaqla yanaşı ölkənin digər müxtəlif bölgələrində də, neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün var gücü ilə çalışır.
Tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunan müasir avadanlıqlarla tanış olublar. Həmin YDM-də orta hesabla 25 nəfər ərazi üzrə qeydiyyatda olan işçilər çalışırlar.
Sonda “SOCAR PETROLEUM” QSC-nin baş direktoru T.Seyidov kollektivi yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)







.jpg)






