Azərbaycan at əti ixracını kəskin artırıb

Azərbaycan ətlik at ixracı istiqamətini genişləndirə bilər. Belə ki, Azərbaycanın ixrac qiymətlərinin cəlbedici olmasını nəzərə alaraq, at ətinin ən böyük idxalçısı, eyni zamanda istehsalçılarından olan Çin və Rusiya ölkə üçün potensial ixrac bazarları hesab oluna bilər.
Bu barədə Kənd Təsrrüfatı Nazirliyinin hazırladığı ixrac bazarlarının icmalına istinadən xəbər verir.
Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Xatırladaq ki, Qazaxıstan həm də, at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir.
Azərbaycanın iqtisadi əməkdaşlığının yüksək olduğu digər qonşu dövlətlər və region ölkələrində (xususilə İslam ölkələri) at ətinin istehlakı ilə bağlı olan qadağalar və digər sosial amillər bu ölkələrə ixracı mümkünsüz edir.
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 316 baş at (ətlik) ixrac olunub ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur. Qeyd edək ki, Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin ildə 1 155 baş at ixrac olunub.
Hesabat dövrünün göstəricilərinə əsasən, Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac satış qiyməti 148 ABŞ dolları olub, ötən il müvafiq göstəricisi isə 141 dollar təşkil edib.
Qeyd edək ki, dünya üzrə hər il təqribən 370 mln. dollar dəyərində at əti idxalı həyata keçirilir. Son 5 ilin göstəriciləri qlobal idxalda azalmanın müşahidə olunduğunu göstərir. At əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir. Regionda ixtisaslaşmış qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. ABŞ dünyada at ətinin istehlakına ən çox mənfi reaksiyanın olduğu ölkədir. Lakin buna baxmayaraq hər il orta hesabla 25 min tondan çox at əti istehsal edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
